Magazin2
"Castin Biber" küçədə qadını qaçırmaq istədi
Kanadalı məşhur müğənni Castin Biberin bənzəri küçədə bir qadını qaçırmağa cəhd edib və hadisə yerindən qaçıb.
Publika.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.
Hadisə iyunun 19-da ABŞ-nin Kaliforniya ştatının Heyvord şəhərində baş verib. Şahidlərin sözlərinə görə, naməlum şəxs qarşısına çıxan qadına hücum edərək onu yaxalayıb və bir neçə metr sürükləyib.
Qadının qışqırığı ətrafdakı insanların diqqətini cəlb edib. Yoldan keçənlərin müdaxiləsi nəticəsində zərərçəkmiş həmin şəxsin əlindən xilas edilib. Qorxuya düşən hücumçu hadisə yerindən uzaqlaşıb və gizlənə bilib.
Polis əməkdaşları şübhəlinin boyunun təxminən 170 santimetr, çəkisinin 55 kiloqram olduğunu, sıx saçları, nazik qaşları və qeyri-adi göz rəngi ilə seçildiyini bildiriblər.
Bir neçə şahid müstəntiqlərə şübhəlinin dünya şöhrətli ulduz Castin Biberə həddindən artıq bənzədiyini qeyd edib. Hüquq-mühafizə orqanları hazırda axtarış zamanı bu bənzərlik təsvirindən istifadə edirlər.
Hadisə zamanı zərərçəkən qadının fiziki xəsarət almadığı bildirilir. (Axşam.az)
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ

































