Magazin2
"Şərab müharibəsi"nin qalibi o oldu
Hollivud ulduzu Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Coli ilə illərdir davam edən şərab zavodu qalmaqalında mühüm hüquqi üstünlük əldə edib.
Publika.az xəbər verir ki, Kaliforniya Apellyasiya Məhkəməsi Colinin "Château Miraval" şərab şirkətindəki 50 faizlik payını alan rusiyalı milyarder Yuri Şeflerin məhkəmədə ifadə verməsinə qərar verib.
Məlumata görə, Ancelina Coli 2021-ci ildə şirkətdəki payını 64 milyon dollara Şeflerə satıb. İş adamı sövdələşmədə həlledici rol oynamadığını iddia etsə də, məhkəmə onun sövdələşmənin bütün detalları ilə bağlı dindirilməsini məqsədəuyğun hesab edib.
Bred Pitt hesab edir ki, keçmiş həyat yoldaşı payını satmazdan əvvəl onun razılığını almalı idi. Aktyor tərəflər arasında əvvəlcədən belə bir razılaşmanın olduğunu bildirir və satışın qəsdən onun xəbəri olmadan həyata keçirildiyini iddia edir.
Xarici KİV-in yazdığına görə, cütlüyün ayrılmasından beş il sonra Pitt Colinin payını almaq istəsə də, tərəflər razılığa gələ bilməyib. Daha sonra məhkəmə Coliyə payını satmağa icazə verib. Alıcının Yuri Şefler olduğunu öyrənən Pitt isə buna etiraz edib.
Mənbələrin iddiasına görə, Colinin bu addımı aktyorla uşaqların qəyyumluğu ilə bağlı yaşanan gərgin məhkəmə çəkişmələrindən sonra atdığı ehtimal olunur. (Axşam.az)
-
ABŞ20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin219:51Kadir İnanır vəfat etdi
-
Region19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq
-
Nida Xəbər 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO
-
Nida Təhlil 15:1626 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir
-
Sosial14:58Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi











.jpg)


.jpg)
.jpg)




















.jpg)