Magazin2
Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
Hollivud aktyoru Bred Pitt zərgərlik məmulatları dizayneri İnes de Ramonla evlənmək fikrində deyil.
Publika.az xəbər verir ki, bu barədə "Page Six" nəşri cütlüyün çevrəsindəki mənbəyə istinadla məlumat yayıb.
İnsayderin sözlərinə görə, İnes sənətçinin ailəsi ilə son dərəcə yaxındır və onun qohumları ilk gündən onu qucaq açıb qarşılayıb, onu ailə üzvü hesab edirlər.
"Lakin İnesin hamı ilə bu qədər yaxın olmasına baxmayaraq, Bredin evlənmək planı yoxdur",- nəşrin həmsöhbəti əlavə edib.
O, 33 yaşlı dizaynerin 62 yaşlı Pittin qohumları - onun qardaşı və bacısı, bacısı qızları və qardaşı oğulları ilə mütəmadi əlaqə saxladığını və vaxt keçirdiyini, ailə tədbirlərinə qatıldığını, yazışdığını və onların hər biri ilə ayrı-ayrılıqda tanış olmağa səy göstərdiyini bildirib.
"O, saatlarla oturub hamı ilə gülüşüb zarafatlaşa bilir və belə bir mühitdə özünü tamamilə rahat hiss edir. Bu, heç də süni görünmür", - deyə o dəqiqləşdirib.
Xatırladaq ki, Pitt və de Ramon 2022-ci ildən görüşürlər. O, 2016-cı ildə özündən əvvəlki həyat yoldaşı, aktrisa Ancelina Colidən ayrılıb.
Bu yaxınlarda Bred Pittin keçmiş həyat yoldaşı aktyora görə sevgilisi ilə dalaşıb.
Hüseyn İbadlı
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi



































