Magazin2
Kirkorovun villası dəyərdən düşdü: Hər il ABŞ büdcəsinə bu qədər vergi ödəyir
Rusiyalı müğənni Filipp Kirkorov ABŞ-dakı dəbdəbəli malikanəsinə görə hər il on minlərlə dollar vergi ödəyir.
Publika.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, sənətçinin ABŞ-ın Mayami-Biç şəhərində malikanəsi var. Kirkorov həmin evi 2011-ci ildə alıb. Təxminən 1380 kvadratmetrlik ərazidə əsas yaşayış evi və qonaq evi yerləşir. Ərazidə sərnişin liftləri, hovuz, qaraj, terraslar və SPA zonası da mövcuddur.
Məlumata görə, 2025-ci ildə obyektlə bağlı sənədlərdə bəzi tikililərin sahəsi azaldılıb. Lakin bunun tikinti və ya söküntü işləri ilə əlaqəli olmadığı qeyd olunur. Əsas binanın birinci mərtəbəsinin sahəsi təxminən 12 kvadratmetr, SPA zonasının isə 7,5 kvadratmetrdən 2,8 kvadratmetrə endirilib.
Məlumata əsasən, dəyişikliklər vergi qiymətləndiricilərinin yenidən hesablamaları ilə bağlı olub. Mayamidə bu cür praktika standart sayılır və bir obyekt üzrə dəqiqləşdirmələr aparıldıqda, oxşar dəyişikliklər qonşu daşınmaz əmlaklara da tətbiq edilir.
Yenidən qiymətləndirmədən sonra Kirkorovun malikanəsinin dəyəri də aşağı düşüb. Əgər 2024-cü ildə əmlakın qiyməti 6,4 milyon dollar hesab olunurdusa, 2025-ci ildə bu göstərici 6,07 milyon dollara enib.
Buna baxmayaraq, müğənninin vergi yükü azalmayıb. Belə ki, Kirkorov 2024-cü ildə ABŞ büdcəsinə təxminən 74,5 min dollar, 2025-ci ildə isə artıq 77 min dollara yaxın vergi ödəyib.
Adəm
-
İdman23:31“Barsa” təsdiqlədi: Çarpaz bağ cırılıb
-
Nida Xəbər 22:58"Naxçıvanın təhlükəsizliyi birinci şərtdir"
-
Rəsmi xronika22:16Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO
-
İdman21:53“Sabah” “Orhus”u darmadağın etdi - YENİLƏNDİ
-
Rəsmi xronika20:15Prezident Naxçıvanda yeni avtobuslara baxdı, dəmir yolunda yenidənqurma işləri ilə tanış oldu - FOTO/VİDEO
-
Rəsmi xronika19:40İlham Əliyev Naxçıvanda günəş elektrik stansiyalarında görülən işlərlə tanış oldu - FOTO/VİDEO
-
Magazin119:24Xuramanla əri arasında cəyirtkə qalmaqalı: “Məni boşayacaq” - VİDEO
-
Hadisə18:24Azərbaycanda meşədən qadın və kişi MEYİTİ TAPILDI

























.jpg)











