Magazin2
Meladze Gürcüstan pasportu aldı: Ukrayndan imtina edib, yoxsa...
Rusiyalı və ukraynalı məşhur bəstəkar Konstantin Meladze Gürcüstan vətəndaşlığı alıb.
Publika.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, bu, bəstəkarın Ukrayna pasportunu 2024-cü ildə yenilədikdən sonra əldə etdiyi ikinci xarici vətəndaşlıqdır.
Lakin Gürcüstan qanunvericiliyinə əsasən, ölkədə ikili vətəndaşlıq yalnız xüsusi hallarda mümkündür. Bunun üçün əvvəlki vətəndaşlıqdan imtina edilməli və ya ölkə prezidentinin xüsusi icazəsi alınmalıdır.
İddialara görə, Gürcüstan prezidenti Mixail Kavelaşvili tərəfindən Meladzeyə belə bir icazə verilməyib. Bu səbəbdən bəstəkarın Gürcüstan vətəndaşlığını əldə etmək üçün Ukrayna vətəndaşlığından imtina etdiyi ehtimal olunur.
Qeyd edilib ki, hazırda İtaliyada yaşayan Meladzenin ötən il yenilənən Ukrayna pasportundan "Şotoviç" ata adı da çıxarılıb. Bildirilir ki, Ukraynada bu element müasir şəxsiyyət vəsiqəsi standartlarına uyğun hesab edilməyib.
Xatırladaq ki, bundan əvvəl bəstəkarın qardaşı Valeri Meladze Fransada ukraynalı Nika Kuznetsovanın dəbdəbəli toyunda çıxış etməsi də qalmaqala səbəb olmuşdu. Sosial şəbəkə istifadəçiləri toyun təxminən 5-6 milyon dollara başa gəldiyini iddia edərək bunu sərt tənqid etmişdilər.
Adəm
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO


































