Magazin2
Rusiyanı tərk etsə də, hesabında 120 milyon qaldı
Rusiyanı Ukraynadakı müharibənin başlanmasından sonra tərk edən məşhur müğənni Alla Puqaçovanın ölkədəki bank hesablarında 120 milyon rubl (təxminən 2 milyon 700 min manat) vəsait qaldığı iddia olunur.
Publika.az xəbər verir ki, bu barədə "Tsarqrad" məlumat yayıb.
Sənətçi Rusiyada pensiya ödənişləri, bank faizləri və 200-dən çox mahnısına görə müəllif qonorarları almaqda davam edir. Bildirilir ki, Puqaçova "xarici agent" statusu almadığı üçün həmin vəsaitdən sərbəst şəkildə istifadə etmək hüququna malikdir.
Eyni zamanda, Rusiya ədliyyə nazirinin müavini Oleq Sviridenko bildirib ki, "xarici agent" reyestrinə daxil edilmiş musiqiçi Andrey Makareviçin xüsusi hesablarında 100 min rubldan (təxminən 2 min 200 manat) artıq vəsait yoxdur.
Sviridenko bu məbləğin inandırıcı görünmədiyini qeyd edərək, Makareviçin gəlirlərinin üçüncü şəxslər vasitəsilə daxil ola biləcəyini ehtimal edib.
Adəm
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO


































