Magazin2
CeyLo onun toyuna dərin sinə dekolteli libasda getdi - FOTOLAR
Müğənni Cennifer Lopez Teylor Sviftin toyundakı ilk obrazını nümayiş etdirib.
Publika.az xəbər verir ki, o, fotoları “Instagram”da paylaşıb.
56 yaşlı sənətçi mərasim üçün dərin sinə dekolteli trikotaj üst hissəsi və uzun şleyfli qabarıq ətəyi olan qara paltara üstünlük verib. Obraz hündürdaban ayaqqabılar, qara kluç, massiv boyunbağı və brilyant sırğalarla tamamlanıb. Saçları hündür topuz yığılıb və axşam makiyajı edilib.
Şənbə günü, iyulun 4-də Teylor Svift ailə həyatı qurub, onun seçdiyi şəxs peşəkar Amerika futbolu oyunçusu Trevis Kelsi olub. Toya təxminən min qonaq dəvət olunub, onların arasında NFL-in «Kanzas-Siti Çifs» komandasının (Trevisin oynadığı komanda) demək olar ki, bütün üzvləri, həmçinin Hyu Qrant, Selena Qomes, Zoi Kravits, Benson Bun, Dakota Conson, Maren Morris, Ed Şiran və həyat yoldaşı Çerri Siborn, Cici Hadid, Bredli Kuper, Karlie Kloss və başqaları olub.
Aprel ayında Lopez aktyorla eşq yaşadığına dair şayiələrə səbəb olmuşdu. “The Sun” nəşrinin insayderi bildirib ki, o, çəkiliş tərəf-müqabili ilə yaxınlaşıb və onların arasında “inanılmaz reaksiya” olub.
Hüseyn İbadlı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?





































