Magazin2
Maykl Ceksonunun ölümü ilə bağlı YENİ VERSİYA - Ola bilsin ki...
Məşhur müğənni Maykl Cekson ölümünə səbəb olan preparatın dozasını, ola bilsin ki, özü artırıb.
Publika.az xəbər verir ki, ifaçının ölümü ilə bağlı halların yeni versiyasını "Radar Online" nəşri öz araşdırmasına istinadla irəli sürüb.
Nəşrin versiyasına görə, müğənninin vəziyyətinə xroniki ağrılar, maliyyə problemləri ilə bağlı narahatlıq və qarşıdan gələn tura hazırlıq təsir göstərə bilərdi.
"Maykl narkotik vasitələrdən istifadə etməklə öz ölümünə şərait yaradıb. O, qəbul etdiyi bütün preparatların nəticələrini və risklərini bilirdi", - araşdırma mətnində deyilir:
Qeyd edək ki, müğənninin rəsmi müalicə həkimi Konrad Mürrey ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinib və cəzasını çəkib.
Maykl Cekson 2009-cu il iyunun 25-də vəfat edib. Onun ürəyi şəxsi həkimi Konrad Mürrey ona propofol inyeksiyası etdikdən sonra dayanıb.
İyul ayında Maykl Ceksonun 1997-ci ildə Fransadakı turnesi zamanı çıxış etdiyi corabı hərracda 6200 avroya satılıb. Maykl Cekson bu aksessuarı "HIStory World Tour" zamanı geyinib; corab 1997-ci il iyunun 27-də Nis şəhərindəki "Şarl Ermann" stadionunda keçirilən konsertdən sonra səhnə işçisi tərəfindən tapılıb.
Hüseyn İbadlı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?





































