Magazin2
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz" - Nadir Qafarzadə
“Əslində bu mənim mövzum deyil. Amma bəzilərinə yazığım gəlir. Yaxşılardan uzaq, yazığım gəlir... Məhv olmuş cəmiyyət, beyinlər, insanlar, tərbiyəsizləri qəhrəman edib bu xalqın gözünə soxanlar, utanın!. Nə vaxtsa cavab verəcəksiniz, bəlkə də heç verməyəcəksiniz. Çünki siz çoxsunuz, kim kimə cavab verəcək? Siz özünüzə?".
Publika.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında paylaşdığı videoda deyib. Sənətçi son günlər sosial şəbəkələrdə müzakirə olunan mövzulara münasibət bildirib. Ad çəkməyən müğənni sərt sözləri işlədib:
"Hansısa biri gəlib şəhərin mərkəzində xanımlarınızı qarşısında oynadır, uşaqlarınız rəqs edir. Özünü tanımayanlar gəlib qabağında sizi meymun kimi oynadır. Tərbiyəsizi, hansısa bir sosial şəbəkədə axşamacan hoqqa verənləri qəhrəman edib bu xalqın gözünə soxanlar, utanın! Əgər bir az utanma hissiniz varsa, utanın... Biz kimi müdafiə edirik? Kimi? Düzdür, biz də pak deyilik, hər insanın bir günahı var. Amma bizim günahlar haradasa bağışlanmalıdır, sizinkilər heç vaxt, nə yerdə, nə göydə, nə o dünyada, nə bu dünyada bağışlanmalı deyil. Kim ki, mədəniyyətsizliyi, mənəviyyatsızlığı təbliğ edir, siz onun dostusunuz. Yazıq olsun sizlərə. Diriykən ölmüşlər, diriykən lənətlənmişlər, diriykən cəhənnəmə düşmüşlər. Sosial şəbəkələr sizin iç üzünüzü açdı, nəyə qadir olduğunuz ortaya çıxdı. Allahın yadından çıxmış bəndələr".
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?





































