Magazin2
Messi eşq yaşadığı iddia edilən jurnalisti kameraların önündə qucaqlayıb öpdü və... - Foto
Argentina millisinin kapitanı Lionel Messi onunla bağlı yayılan romantik münasibət iddialarına ilk dəfə münasibət bildirib.
Publika.az xəbər verir ki, 39 yaşlı futbolçu 2026-cı il Dünya Çempionatının 1/16 finalında Argentinanın Kabo-Verde üzərində əlavə vaxtda 3:2 hesablı qələbəsindən sonra qarışıq zonada argentinalı jurnalist Sofi Martinezlə görüşüb.
Messi jurnalisti qucaqlayaraq yanağından öpüb, daha sonra isə onlar haqqında yayılan şayiələrə istehzalı şəkildə toxunub.
“Sənə baxanda niyə baxdığımı soruşurlar”, – deyə Messi zarafat edib.
Martinez isə bu sözlərə “Bunların hamısı yalandır” cavabını verərək, barələrindəki sevgi iddialarını təkzib edib.
Qeyd edək ki, Messi ilə Sofi Martinez arasında münasibət olduğu barədə şayiələr ilk dəfə 2022-ci il Dünya Çempionatında Argentinanın Xorvatiya üzərində yarımfinal qələbəsindən sonra yayılmışdı. Həmin vaxt jurnalistin Messiyə emosional müraciəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
Martinez daha əvvəl verdiyi açıqlamada Messinin həyat yoldaşı Antonela Rokkuzzonun da onunla əlaqə saxladığını və ona dəstək verdiyini bildirmişdi: “Sofi, narahat olma, bu cəfəngiyatlara fikir vermə”.
Jurnalist dəfələrlə bu iddiaları rədd edərək, yayılan şayiələrin əsassız olduğunu vurğulayıb.
Xatırladaq ki, Lionel Messi və Antonela Rokkuzzo 2017-ci ildən evlidirlər. Cütlüyün Tiyaqo, Mateo və Çiro adlı üç oğlu var. (Qafqazinfo)
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?





































