Magazin2
"Cennet mahallesi"nin aktyoru vəfat etdi
Türkiyənin məşhur aktyorlarından Zihni Göktay 80 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, sənətçinin qızı Zeynep Göktay Dilbaz atasının vəfatı barədə sosial media hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, ilin əvvəlində Ankarada qastrol səfərində ombası sındıqdan sonra aktyroun səhhətindəki problemlər artıb. Buna baxmayaraq, o, həyat həvəsini, ətraf mühitə olan marağını və səhnəyə qayıdıb sevimli tamaşaçıları ilə yenidən görüşmək ümidini sona qədər itirməyib.
"Bu müddət ərzində atamıza maraq göstərən, zəng edən və yanında olan hər kəsə ürəkdən minnətdarıq", - deyə sənətçinin qızı qeyd edib.
Türkiyə teatrında improvizasiya ənənəsinin son nümayəndələrindən biri hesab edilən Zihni Göktay 28 il "Lüks Həyat" tamaşasında rol alıb. Sənətkar 36 il ərzində ümumilikdə 72 tamaşada çıxış etsə də, "Cennet mahallesi" və "Bizimkiler" kimi seriallarındakı obrazları ilə də yadda qalıb.
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?





































