Magazin2
Məşhur cütlüyün 20 milyon dollarlıq toyu
Məşhur müğənni Teylor Svift və Amerika futbolu ulduzu Trevis Kelse Nyu-Yorkdakı “Madison Square Garden” arenasında keçirilən iki günlük möhtəşəm toy mərasimi ilə ailə qurub.
Publika.az xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb.
Bildirilib ki, cütlüyün toyu ən azı 20 milyon dollara başa gəlib. Xərclərə məkanın icarəsi, dəbdəbəli dekorasiya, yüksək təhlükəsizlik tədbirləri, qonaqlara təqdim olunan yemək və içkilər, eləcə də arena ətrafındakı küçələrin bağlanması daxildir.
Toyda incəsənət və idman dünyasının tanınmış simaları, cütlüyün ailə üzvləri və yaxın dostları iştirak edib. Mərasimdə nikahı məşhur komediya aktyoru Adam Sandler rəsmiləşdirib. Qonaqlara məxfilik qaydalarına uyğun olaraq telefonlardan istifadə qadağan edilib, lakin toy peşəkar operatorlar tərəfindən lentə alınıb. Bildirilir ki, bu görüntülər əsasında sənədli film hazırlanacaq.
Məlumata görə, Teylor Sviftin sərvəti 2,1 milyard, Trevis Kelsenin isə 100 milyon dollar təşkil edir. Cütlüyün evlilikdən əvvəl əldə etdikləri əmlakın şəxsi mülkiyyət olaraq qalmasını nəzərdə tutan 40 səhifəlik nikah müqaviləsi də imzaladığı iddia olunur
Müəllif: Roza
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?





































