Magazin2
Azərbaycanlı reper narkotik təbliğatına görə cərimələndi
Rusiyada “Ptaxa” ləqəbi ilə fəaliyyət göstərən azərbaycanlı reper David Nuriyev narkotik təbliğatı ilə bağlı iş üzrə məhkəmə qarşısına çıxıb.
Publika.az xəbər verir ki, Moskvanın Nikulin məhkəməsi reperi internetdə narkotik təbliğatı ilə bağlı inzibati iş üzrə 80 min rubl (təxminən 1754 manat) məbləğində cərimələyib.
Bildirilib ki, musiqiçi Rusiya İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinib. İşin səbəbi onun "VKontakte" sosial şəbəkəsində yayımlanan trekləri olub.
Məhkəmə iclasında iştirak edən ifaçı ittihamları qəbul etməyib. O bildirib ki, mahnıların müəllifi olsa da, onları sosial şəbəkədə özü paylaşmayıb. Reper qərardan apellyasiya şikayəti vermək niyyətindədir.
Qeyd edək ki, reper daha əvvəl onun barəsində açılan işə münasibət bildirərək, bunu yaradıcılıq və fikirlərinə qarşı təzyiq cəhdi kimi qiymətləndirmişdi. (Axşam.az)
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu



































