Magazin2
Təcavüzdə ittiham olunan fenomenlər saxlanıldı
Sosial media fenomenləri Endryu və Tristan Teyt ABŞ-nin Florida ştatında saxlanılıblar.
Publika.az xəbər verir ki, CBS News-un məlumatına görə, ABŞ Ədliyyə Nazirliyinin sözçüsü bildirib ki, qardaşlar Böyük Britaniya ilə ABŞ arasında qüvvədə olan ekstradisiya sazişi və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq çərçivəsində Mayamidə nəzarətə götürülüblər.
Nazirliyin federal hüquq-mühafizə qurumunun sözçüsü Bredi Makkarron isə "Associated Press"ə açıqlamasında saxlanılma ilə bağlı orderin məxfi olduğunu deyib. O, ittihamlarla bağlı əlavə məlumat verməyib.
Qeyd edək ki, Böyük Britaniyada 39 yaşlı Endryu Teyt 7 təcavüz, insan alveri, qəsdən xəsarət yetirmə və uşaq istismarı görüntüləri ilə bağlı çoxsaylı ittihamlarla üz-üzədir.
38 yaşlı Tristan Teyt isə cinsi zorakılıq, iki təcavüz və insan alveri ilə əlaqədar ittiham olunur.
Həm ABŞ, həm də Böyük Britaniya vətəndaşlığına malik olan Teyt qardaşları 2016-cı ildə Rumıniyaya köçüblər. Onlar 2022-ci ildə insan alveri ilə bağlı aparılan istintaq çərçivəsində bu ölkədə də saxlanılıblar. (Axşam.az)
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO















.jpg)


















