Magazin2
Ceki Çan Azərbaycana gəlir?
Dünya şöhrətli aktyor və döyüş sənətləri ustası Ceki Çanın avqustun əvvəlində Azərbaycana gələcəyi iddia edilib.
Publika.az Axşam.az-a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, aktyor yeni çəkilən "Armour of God 4: The Ultimatum" filminin bəzi səhnələrinin lentə alınması üçün təxminən 10 gün Bakıda qalacaq.
Filmin çəkilişlərinin paytaxtın bir sıra məşhur məkanlarında aparılması planlaşdırılır. Bunlar arasında İçərişəhər, Dağüstü park, Bakı Funikulyoru, Yaşıl Teatr, Fəvvarələr meydanı və şəhərin mərkəzi küçələri yer alır.
"Armour of God" filmlər silsiləsinin növbəti hissəsi olan ekran işi Çin və Qazaxıstanın birgə layihəsidir. Filmdə baş rolu Ceki Çan canlandırır. Hazırda çəkilişlər Qazaxıstanda davam edir və komanda daha sonra işini Azərbaycanda davam etdirəcək.
Filmin 2027-ci ilin ikinci rübündə nümayişə çıxması nəzərdə tutulur.
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































