Magazin2
Bu məşhurlar “Ahbap” işinə görə polisə çağırıldılar - FOTO
Türkiyədə "Ahbap" Dərnəyi ilə bağlı aparılan istintaq davam edir.
Publika.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun araşdırması çərçivəsində jurnalistlər Fatih Portakal və Ece Üner, musiqiçi Gökhan Özoğuz, vəkil Feyza Altun və aparıcı Öykü Serter ifadə verməyə çağırılıb.
Hələlik bu şəxslərin hansı statusda dindiriləcəyi və istintaqdakı rolları barədə rəsmi açıqlama verilməyib. Bildirilir ki, onların ifadələri araşdırmanın gedişi çərçivəsində alınacaq.
İstintaq "cinayət təşkilatı yaratmaq", "ağır dələduzluq" və "cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması" iddiaları üzrə aparılır. Maliyyə araşdırmaları zamanı iri həcmli pul köçürmələri, şübhəli maliyyə əməliyyatları və əmlakların qısa müddətdə bir neçə dəfə əl dəyişdirməsi ilə bağlı faktların müəyyən edildiyi iddia olunur.
Araşdırma çərçivəsində Ahbap Dərnəyinin qurucusu, müğənni Haluk Levent də daxil olmaqla ümumilikdə 27 nəfər həbs edilib. Bundan əlavə, dərnəyin və bəzi şübhəlilərin aktivlərinə həbs qoyulub.
Qeyd edək ki, bundan əvvəl aparıcı Oğuzhan Uğur da daxil olmaqla bir sıra tanınmış şəxslər barəsində məhkəmə qərarları verilmişdi.
İstintaq davam edir.(Milli.az)
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































