Magazin2
Üç həyat yoldaşı ilə öyünən bloqer cəzalandırıldı - FOTO
Qazaxıstanın Almatı şəhərində yaşayan bloqer Baurjan Bakıtjanulı üç həyat yoldaşı ilə birlikdə yaşadığı haqqında sosial media paylaşımları səbəbilə cərimələnib.
Publika.az xəbər verir ki, bu barədə yerli “Kursiv Media” nəşri məlumat yayıb.
Bloqer ailəsində mehribanlıq hökm sürdüyünü, yenidən evlənməyi isə ilk həyat yoldaşının məsləhət gördüyünü bildirib. Lakin daha sonra maddi çətinliklərdən şikayət etməsi sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub.
Almatı Polis Departamenti bloqerin paylaşımlarını qanuna və cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərə zidd həyat tərzinin təbliği kimi qiymətləndirib. Onun barəsində inzibati protokol tərtib olunub və təxminən 200 dollar məbləğində cərimə tətbiq edilib.
Daha sonra bloqer qalmaqallı paylaşımlarını könüllü şəkildə silib.
Müəllif: Roza
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































