Magazin2
Dünya ona, o isə rejissora heyrandır
Məşhur Hollivud aktyoru Cim Kerri "Maska" filminin rejissoru Çak Rasselə olan hörmətindən danışıb.
Publika.az xəbər verir ki, onun açıqlaması "Variety" jurnalında dərc olunub.
Aktyor deyib: "Maska" filminin çəkilişi zamanı çəkiliş meydançasında canlı, uşaq kimi, heyrətamiz və dostluq atmosferi yaradan Çak Rassel ilə işləmək mənim üçün şərəf idi".
Kerrinin sözlərinə görə, bütün aktyor heyəti və çəkiliş qrupu Rasselin oynaq əhvalı və ruhundan təsirlənib, ilhamlanıb.
"Maska" filmini karyeramın ən qiymətli daşlarından biri hesab edirəm. Təşəkkür edirəm, Çak", - aktyor deyib.
Xatırladaq ki, ABŞ-lı rejissor, ssenarist və prodüser Çak Rassel dünən 74 yaşında vəfat edib.
Kinematoqrafçının ölüm səbəbi hələlik məlum deyil. Qeyd edək ki, rejissor 1952-ci il mayın 9-da ABŞ-nin İllinoys ştatında anadan olub. Rassel rejissorluq karyerasına 80-ci illərin sonlarında "Qarağac küçəsində qarabasma 3: Yuxu döyüşçüləri" və "Damla" qorxu filmləri ilə başlayıb. Cim Kerrinin baş rolda oynadığı və "Oskar" mükafatına namizəd olan "Maska" (1994) komediyası isə ona dünya şöhrəti qazandırıb.
Müəllif: Tural
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...






































