Magazin2
Britaniya kral ailəsində toy hazırlığı: "Ən yaraşıqlı varis" evlənir
Böyük Britaniya kralı III Çarlzın qohumu Samuel Çatto sevgilisi, rəssam Eleanor Eksercyana evlilik təklifi edib.
Publika.az xəbər verir ki, bu barədə "The Daily Beast" məlumat yayıb.
Bildirilib ki, 29 yaşlı Samuel Çatto və Eleanor Eksercyan beş ildir münasibətdədir. Hər ikisi incəsənətlə məşğuldur. Çatto keramika məmulatları hazırlayır, Eksercyan isə rəssamlıq və film çəkilişi ilə məşğuldur.
Mətbuatda kral ailəsinin "ən yaraşıqlı üzvü" kimi təqdim olunan Çatto nişan xəbərini sosial şəbəkədə təsdiqləyib.
"Elli ilə nişanlandığımızı böyük sevinclə açıqlayıram. Bundan daha xoşbəxt ola bilməzdik. Ona öz əllərimlə hazırladığım farfor üzük hədiyyə edərək evlilik təklifi etdim", - deyə o bildirib.
Məlumata görə, nişan barədə kral III Çarlza da məlumat verilib. Saray nümayəndəsi monarxın cütlük adına çox sevindiyini bildirib. Toyun 2027-ci ilin yazında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Samuel Çatto rəssam Ledi Sara Çattonun oğludur və Böyük Britaniya taxt-tacına varislik siyahısında 30-cu yerdə qərarlaşıb. Bununla belə, onun kral titulu və rəsmi kral vəzifələri yoxdur. Eleanor Eksercyan isə İntibah dövrü rəssamlığı üzrə tanınmış mütəxəssis Devid Eksercyanın qızıdır.
Müəllif: Adəm
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...






































