Magazin2
"Ahbap" xeyriyyə fondu ləğv edilir - Qəyyum təyin edildi
İstanbul məhkəməsi fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı prokurorluğun açdığı iş çərçivəsində “Ahbap” dərnəyinin bütün əmlakının idarəetmə səlahiyyətini qəyyuma həvalə edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, dərnəyə məxsus daşınmaz əmlakların, nəqliyyat vasitələrinin, bank hesablarındakı nağd vəsaitlərin və digər mülkiyyət dəyərlərinin idarə olunması məqsədilə 3 nəfər qəyyum təyin edilib.
Artıq fondun ləğvi prosesinə başlanılıb.
Qeyd edək ki, istintaq orqanları "Ahbap" fondunun rəhbərliyini toplanmış vəsaitləri şəxsi hesablara köçürməkdə və aktivlər almaqda şübhəli bilir. Aralarında fondun təsisçisi, rok musiqiçisi Haluk Levent və bloqer Oğuzhan Uğurun da olduğu təxminən 30 şübhəli həbs edilib. İddialara əsasən, H.Levent 2020-2026-cı illər ərzində ümumilikdə 990 milyon türk lirəsi (təxminən 36 milyon manat) məbləğində qumar oynayıb, 390 milyon lirə (təxminən 14 milyon manat) itirib.
İstintaq çərçivəsində ölkənin bir çox tanınmış şou-biznes və media nümayəndəsi ifadə vermək üçün prokurorluğa çağırılır. Onlar arasında Elçin Sangu, Mahsun Kırmızıgül, Gülben Ergen, Hayko Cepkin və Uğur Dündar da var.
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...






































