Magazin2
Məşhur repçiyə qarşı sui-qəsd planı: 7 nəfər həbs edildi
İstanbulda baş vermiş qəsdən od vurma və silahlı hücum hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 7 şübhəlinin mobil telefonlarında diqqətçəkən yazışmalar aşkarlanıb.
Publika.az xəbər verir ki, istintaq materiallarına əsasən, şübhəlilər sosial şəbəkədə "Blok" adlı qrup yaradıblar. Həmin qrupda repçi Blok3 ləqəbi ilə tanınan Hakan Aydının qaldığı otel, istifadə etdiyi avtomobillər və yerləşdiyi məkan barədə məlumatlar paylaşılıb. Hüquq-mühafizə orqanları bu yazışmaların sənətçiyə qarşı mümkün hücum hazırlığına işarə etdiyini ehtimal edir.
Araşdırma zamanı müəyyən edilib ki, təxminən bir ay əvvəl İstanbulun Beşiktaş rayonunda baş verən qəsdən od vurma hadisəsi və Beylikdüzündə qeydə alınan silahlı hücum eyni şəxslər tərəfindən törədilib. Müşahidələrdən sonra şübhəlilərin Bodruma getdiyi müəyyənləşdirilib.
İstanbul və Muğla polisinin birgə keçirdiyi birgə əməliyyat zamanı, aralarında iki qadının da olduğu 7 nəfər saxlanılıb. Onların üzərində və qaldıqları ünvanlarda aparılan axtarış zamanı 4 ədəd qanunsuz tapança, 6 daraq və 88 patron aşkarlanaraq götürülüb. Şübhəlilər ifadələrində ittihamları qəbul etməyərək, Bodruma yalnız istirahət məqsədilə gəldiklərini və heç kimə qarşı sui-qəsd planlaşdırmadıqlarını bildiriblər.
İfadələri alındıqdan sonra məhkəməyə çıxarılan 7 şübhəli barələrində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndərilib./Lent.az
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...






































