Magazin2
Məşhur aktyor evində ölü tapıldı: Səhər tezdən qapının önünə qoyulan yemək... - FOTO
Tayvanda tanınmış kino və serial aktyoru Van Kay 43 yaşında müəmmalı şəraitdə vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "NetEase" məlumat yayıb.
Hadisə iyulun 26-da baş verib. Qonşular səhər saatlarından aktyorun yaşadığı mansard mənzildə televizorun yüksək səslə işlədiyini, lakin qapının önünə səhər tezdən qoyulan yeməyin günorta saatlarınadək götürülmədiyini görərək narahat olublar.
Saat 13:00 radələrində hadisə yerinə gələn polis və yanğınsöndürənlər qapını açaraq Van Kayın cəsədini döşəmədə aşkar ediblər. Həkimlər onun həyatını xilas etməyin mümkün olmadığını bildiriblər.
İlkin araşdırma zamanı qapıda sındırılma izi, aktyorun bədənində isə zorakılıq və ya xəsarət əlamətləri aşkarlanmayıb. Ölümün səbəbi ekspertiza tərəfindən araşdırılır.
Qeyd edək ki, Van Kay aktyorluq fəaliyyətinə 2001-ci ildə, 16 yaşında başlayıb. O, çoxsaylı məşhur film və seriallarda rol alıb. Son dövrlərdə isə Tayvanın ən böyük kabel kanallarından biri olan "SET Taiwan"da hər gün yayımlanan "Həyatın yüz dadı" serialında əsas obrazlardan birini canlandırırdı.
Müəllif: Adəm

-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













