Magazin2
Yurmalada qaldıqları villa satışa çıxarıldı - FOTOLAR
Rusiyanın Xalq artisti Alla Puqaçova və şoumen həyat yoldaşı Maksim Qalkinin yeni fotoları yayılıb.
Publika.az xəbər verir ki, cütlük fərqli tərzdə obyektiv qarşısına keçib. Bununla yanaşı Puqaçovanın Latviyanın Yurmala şəhərində kirayədə qaldığı villanı tərk etmək məcburiyyətində qala biləcəyi iddia olunub.
Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, müğənninin son 10 ilə yaxındır yay aylarında kirayə götürdüyü villa satışa çıxarılıb.
Məlumata görə, hazırda potensial alıcılarla danışıqlar aparılır. Bu müddətdə Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkin villada qalmağa davam etsələr də, evə baxış zamanı onlardan müvəqqəti olaraq malikanəni tərk etmələri xahiş oluna bilər.
İddialara əsasən, villanın aylıq kirayə haqqı təxminən 6,2 milyon rubl təşkil edir. Əvvəlcə 10 milyon avroya satışa çıxarılan malikanənin qiymətinin sonradan 6 milyon avroya endirildiyi bildirilib.
Qeyd olunub ki, əgər villa satılarsa və yeni sahibi evi şəxsi istifadəsi üçün alarsa, Puqaçova və ailəsi Yurmala istirahətləri üçün yeni yaşayış yeri axtarmalı olacaqlar.(Axşam.az)
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı





























.jpg)













