Magazin2
Məşhur filmin prodüseri saxlanıldı: 100 milyon dollarlıq fırıldaqda ittiham olunur - FOTO
“Coker” və “Ghostbusters: Afterlife” (“Kabus ovçuları: Varislər”) kimi məşhur filmlərin icraçı prodüseri Ceyson Klota qarşı ABŞ-da dələduzluq ittihamı irəli sürülüb.
Publika.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
Bildirilib ki, Klot iyulun 28-də Los-Ancelesdə saxlanılıb. Bir gün sonra isə Çikaqoda ona qarşı rəsmi ittiham elan edilib.
İstintaqın iddiasına əsasən, Klot 100 milyon dollardan çox vəsaiti əhatə edən maliyyə piramidası yaradıb. O, yeddi investor qrupunu aldadaraq topladığı pulların hansı məqsədlə istifadə olunacağını gizlədib.
İddialara görə, Klot investorlardan vəsaiti film istehsalı və oyun platformasının yaradılması adı ilə cəlb edib. Lakin həmin pulları Kanadadakı daşınmaz əmlak layihəsi ilə bağlı əvvəlki investorlar qarşısındakı öhdəliklərini ödəməyə sərf edib.
Zərərçəkən investor qruplarından biri onun “Ghostbusters: Afterlife” və digər filmlərin maliyyələşdirilməsi bəhanəsi ilə təxminən 80 milyon dollar mənimsədiyini iddia edir.
Qeyd edək ki, Klota qarşı irəli sürülən hər bir ittiham maddəsi üzrə onu 20 ilədək həbs cəzası gözləyir.
Müəllif: Adəm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













