Magazin2
Ben Afflek milyon dollar qazandı, amma özünə götürmədi
Amerikalı məşhur aktyor Ben Afflek ABŞ-da yayımlanan "Kim milyonçu olmaq istəyir?" ("Who Wants to Be a Millionaire?") verilişinin Amerika versiyasında 1 milyon dollarlıq baş mükafatı qazanıb.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
53 yaşlı "Oskar" mükafatlı aktyor yarışmada məşhur "Jeopardy!" viktorinasının çempionu Ceymi Dinq ilə birlikdə iştirak edib.
Final mərhələsində iştirakçılara ABŞ prezidentlərinin Şükran Günü münasibətilə əfv etdikləri hinduşkalara verilən ləqəblərlə bağlı sual ünvanlanıb. Onlar təqdim olunan variantlardan indiyədək heç vaxt istifadə olunmayan adı müəyyən etməli idilər.
Əvvəlcə komanda "dosta zəng" hüququndan istifadə etsə də, dəqiq cavab ala bilməyib. Daha sonra aparıcı Cimmi Kimmelin fikrinə müraciət ediblər. O, tərəddüd etsə də, doğru cavabın "Spagetti və küftə" olduğunu ehtimal edib.
Ben Afflek aparıcının intuisiyasına güvənərək həmin variantı seçib və cavab doğru çıxıb. Bundan sonra studiyada alqışlar səslənib və qaliblər sevinclə bir-birini qucaqlayıblar.
Məşhur aktyor qazandığı 1 milyon dolları şəxsi ehtiyaclarına xərcləməyəcək. O, mükafatı 2010-cu ildə Uitni Uilyamsla birlikdə təsis etdiyi xeyriyyə fonduna ianə edəcəyini açıqlayıb.
Müəllif: Adəm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













