Magazin2
"Klan Soprano"nun ulduzu evində ölü tapıldı
"Klan Soprano" serialında Böyük Pussi Bonpensiero rolu ilə geniş şöhrət qazanan 80 yaşlı amerikalı aktyor Vinsent Pastore vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.
Məlumata görə, Pastore avqustun 1-də öz evində ölü tapılıb. Aktyoru yaşadığı evdə qonşusu aşkarlayıb. Bildirilir ki, o, bundan əvvəl üç gün ərzində yaxınları ilə əlaqə saxlamayıb.
Aktyorun ölümünün səbəbi və hadisənin digər halları araşdırılır. Pastorenin Rene adlı qızı qalıb.
Vinsent Pastore 1990-cı illərin əvvəllərində "Yaxşı oğlanlar", "Karlitonun yolu" və "Şərəf adamları" filmlərində kiçik rollarda çəkilsə də, əsl tanınması daha sonra baş verib. Onun karyerasında mühüm mərhələlərdən biri 1995-ci ildə çəkilmiş "Jerky Boys: The Movie" komediyasında, həmçinin 1996-cı ildə HBO-nun "Gotti" televiziya filmində rol alması olub. Həmin filmdə o, sonradan "Klan Soprano" serialında birlikdə çəkildiyi Toni Siriko, Frenk Vinsent və Dominik Kianeze ilə eyni ekranı bölüşüb.
Aktyorun karyerasındakı əsas dönüş nöqtəsi 1999-cu ildə Devid Çeyzin "Klan Soprano" layihəsinin yayıma başlaması olub. Məhz bu serialda Pastore bütün karyerasının simvoluna çevrilən Böyük Pussi Bonpensiero obrazını canlandırıb. Bu personaj baş qəhrəman Toni Sopranonun uzunillik yaxın dostu idi. Toni Soprano rolunu isə Ceyms Qandolfini ifa edirdi.
Hüseyn İbadlı
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
MDB10:50Rusiya Ukrayna tankerini belə vurdu - VİDEO
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var










.jpg)





















.jpg)



