Magazin2
Bu məşhurun gəlinliyi gündəm oldu: 240 saata hazırlanan 30 metr krujevalı libas - FOTOLAR
Bir vaxtlar "Vogue Enfants" jurnalı tərəfindən "dünyanın ən gözəl qızı" adlandırılan fransız model Tilan Blondo toy libasının hazırlanma prosesini ilk dəfə izləyiciləri ilə bölüşüb.
Publika.az xəbər verir ki, 25 yaşlı model ötən ay DJ Ben Attal ilə ailə qurub. O, sosial şəbəkə hesabında məşhur "Miu Miu" moda evi tərəfindən hazırlanan eksklüziv gəlinliyin pərdəarxası görüntülərini yayımlayıb.
Blondo bildirib ki, "Miu Miu"dan gəlinlik geyinmək onun uşaqlıq arzusu olub. Model 16 yaşından etibarən bu brendlə əməkdaşlıq etdiyini xatırladıb.
"Balıq" siluetində hazırlanan krujevalı gəlinlik üçün 30 metrdən çox nadir fransız krujevasından istifadə olunub. Libasın hər detalı üzərində moda evinin ustaları ümumilikdə 240 saat əl işi sərf ediblər.
Qeyd edək ki, toy mərasimi Fransanın cənubundakı Qrass şəhərində yerləşən, təxminən 64 milyon dollar dəyərində olan "Chateau Diter" malikanəsində keçirilib.
"Ən böyük arzum gerçəkləşdi. Heç vaxt təsəvvür etməzdim ki, illərlə əməkdaşlıq etdiyim bu moda evi həyatımın ən önəmli günü üçün xəyalımdakı gəlinliyi hazırlayacaq", - deyə model paylaşımında yazıb.
Qeyd edək ki, cütlük rəsmi nikahını hələ iyun ayında Parisin 16-cı dairəsinin meriyasında bağlamışdı. Həmin mərasimdə Blondo Eva Bouskila tərəfindən hazırlanan kutür libas geyinmişdi. Onlar nişanlandıqlarını elan etdikdən cəmi üç ay sonra evləniblər.
Adəm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)














