Magazin2
Prodüser Kanye Uesti məhkəməyə verdi - İki iddia var
Amerikalı repçi, "Ye" təxəllüsü ilə çıxış edən Kanye Uest məhkəməyə verilib.
Publika.az xəbər verir ki, bu barədə "TMZ" portalı adının açıqlanmasını istəməyən prodüserin məhkəmə iddiasına istinadən məlumat yayıb.
Prodüser bildirib ki, Kanye guya onu "Vultures 2" albomu üzərində sərt vaxt məhdudiyyəti şəraitində işləməyə məcbur edib, bundan sonra isə ona qonorar ödəməkdən imtina edib.
Müəllifin sözlərinə görə, o, albomun buraxılmasına iki gün qalmış işə cəlb olunub və albomdakı beş trekin yaradılmasında iştirak etməyə imkan tapıb. Prodüser həmçinin "Bully" albomundakı iki mahnı və heç vaxt yayımlanmayan digər bir neçə kompozisiya üzərində işlədiyini bildirib.
İddiaçı həmçinin Kanye Uestin musiqinin yaradılmasında iştirak edənlər arasında onun adını çəkmədiyini də qeyd edib.
İyun ayında Gürcüstandakı "Dinamo Arena" stadionunda Uestin konserti baş tutub. Repçi ölkədə ilk dəfə çıxış edib. Satışa çıxarıldıqdan sonra səkkiz saat ərzində 70 min bilet satılıb. Dünya ulduzunun çıxışı ilə əlaqədar Tbilisi hakimiyyəti metronun və bir sıra avtobus marşrutlarının iş qrafikini uzadıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













