Magazin2
"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi
"Yeraltı" serialında "Mələk" obrazını canlandıran 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçinin atası Ünal Çiftçi qızının meneceri və ekran partnyoru Hakan Çələbi barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Publika.az xəbər verir ki, Ünal Çiftçi İstanbul Anadolu Respublika Prokurorluğuna müraciət edərək, yetkinlik yaşına çatmayan qızının valideyn razılığı olmadan müxtəlif layihələrdə çəkildiyini, həmçinin serialdakı tərəf müqabili Hakan Çələbi ilə sevgili münasibəti yaşadığını iddia edib.
Uzun illər serial və film sektorunda katerinq və kastinq sahəsində çalışdığını bildirən Ünal Çiftçi ifadəsində qeyd edib ki, qızının mesajlaşmalarında özündən 10 yaş böyük tərəf müqabili Hakanla münasibətdə olduğunu görüb və bundan narahat olub.
Ata bildirib ki, qızı "OnTalent Menajerlik" şirkəti ilə əməkdaşlıq edir. Onun sözlərinə görə, azyaşlı övladının layihələrdə iştirakı üçün valideyn razılığı alınmalı olduğu halda, şirkət bunu etməyib. Bu səbəbdən Ünal Çiftçi menecerlik şirkətinin rəhbəri Gözdə Yılmaz və Hakan Çələbi barədə şikayətçi olduğunu açıqlayıb.
İddialarla bağlı "OnTalent Menajerlik" şirkəti də yazılı açıqlama yayıb.
Şirkət bəyan edib ki, 17 yaşlı aktrisanın şəxsi həyatı və ailədaxili məsələlərin ictimai müzakirə predmetinə çevrilməsi doğru deyil. Bununla yanaşı, şirkət aktrisanın indiyədək iştirak etdiyi bütün aktrisalıq fəaliyyətlərinin qanuni nümayəndəsinin məlumatı və razılığı əsasında, mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirildiyini bildirib. (Axşam.az)
-
Ekologiya07:17Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Magazin206:16Yeni imici ilə göz oxşadı - “Hiss edirəm, çox gözəl şeylər olacaq”
-
MDB05:45Belqoroda kütləvi PUA HÜCUMU - 3-ü uşaq olmaqla 13 nəfər yaralandı
-
ABŞ04:14Pentaqon hərbi podratçılara 21 gün vaxt verdi - İranla münaqişə səbəbindən...
-
Magazin102:12İrina Şeyk kiçik bikinidə pozalar verdi - FOTO
-
Magazin200:45Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Avropa00:30İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu - FOTO
-
Magazin100:15Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - VİDEO


















.jpg)







.jpg)








