Magazin2
Kirkorov tanınmaz halda: Yeni təbəssümü üçün görün nə qədər pul xərclədi - FOTO
Rusiyanın məşhur müğənnisi Filipp Kirkorov xarici görünüşündə növbəti dəfə dəyişiklik etdirib.
Publika.az xəbər verir ki, sənətçi Moskva klinikalarından birində 28 dişinə vinir quraşdırır. Onlardan ikisi isə brilyant D-vinirlərlə əvəz olunacaq.
Məlumata görə, Kirkorovun dişləri artıq yonulub və ona yekun nəticəni əks etdirən müvəqqəti vinirlər taxılıb. Müğənninin yeni təbəssümündən razı qaldığı bildirilir.
Stomatoloqların sözlərinə görə, Moskva klinikalarında bir vinirin qiyməti 35-60 min rubl (təxminən 749-1284 manat) arasında dəyişir. Bu halda yalnız 28 vinirin minimum dəyəri 980 min rubl (təxminən 20 970 manat) təşkil edir. Brilyant D-vinirlərin hər biri isə ən azı 170 min rubl (təxminən 3 637 manat) qiymətləndirilir.
Beləliklə, Kirkorovun "Hollivud təbəssümü"nün ümumi dəyərinin 1,3 milyon rubldan (təxminən 27 800 manat) çox olduğu bildirilir.
Qeyd edək ki, müğənni yayın əvvəlindən xarici görünüşündə dəyişikliklər etməyə başlayıb. O, gələn ilin aprelində qeyd etməyi planlaşdırdığı 60 illik yubileyinə hazırlaşır.
Adəm

-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













