Magazin2
Antonio Banderasın başına gələn ən yaxşı hadisə - "Elə bil kimsə mən eynək taxdı ki..."
Məşhur aktyor Antonio Banderas 2017-ci ildə keçirdiyi infarktı həyatının ən yaxşı hadisəsi hesab etdiyini etiraf edib.
Publika.az xəbər verir ki, o, bu barədə "People" jurnalına verdiyi müsahibədə danışıb.
"Elə bil kimsə mənə eynək taxdı ki, əvvəllər görmədiyim reallığı görə bilim", — deyə o bildirib.
Ölümün yaxınlığını hiss etməsi, Banderasın qeyd etdiyi kimi, həyatda yer tutmağa layiq olmayan şeylərə vaxt sərf etməyin nə qədər mənasız olduğunu xatırladıb. İnfarktdan sonra o, siqaret çəkməyi tərgidib və doğma Malaqaya qayıdıb.
Hazırda sənətçi şəhərdə teatr sahəsini fəal şəkildə inkişaf etdirir - tamaşalar və myuzikllər səhnələşdirdiyi "Teatro Soho CaixaBank" teatrının təşəbbüskarı və sahibidir. O, həmçinin yerli restoranlara sərmayə yatırır.
ABŞ-da uzun illər fəaliyyət göstərməsinə baxmayaraq, Banderas özünü məhz İspaniyada tamamilə dolğun hiss etdiyini vurğulayır.
"Los-Ancelesdə gözəl və həyəcanlı illər keçdi, lakin məndə həmişə bunun müvəqqəti olduğu, əbədi qalmayacağım hissəsi var idi. Bilirdim ki, mənim yerim Malibu deyil, Malaqadır", — deyə o qeyd edib.
Antonio Banderas 1960-cı il avqustun 10-da İspaniyanın Malaqa şəhərində polis zabiti və məktəb müəlliminin ailəsində anadan olub. O, 15 yaşınadək aktyorluq peşəsi haqqında düşünməyib və futbolçu olmağı planlaşdırıb. Lakin ayağından aldığı zədə onun planlarını dəyişib: gələcək aktyor hələ gənclik illərində teatr məktəbində məşğul olmağa başlayıb, daha sonra isə Malaqadakı Dramatik İncəsənət Kollecinə daxil olub.
Hüseyn İbadlı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













