Magazin2
40 yaşlı aktrisa özünəməxsus görünüşünü bərpa etdi - FOTO
Aktrisa Lindsi Lohan yeni imici ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, o, fotolarını "Instagram"da paylaşıb.
40 yaşlı aktrisa özünün ikonik sayılan qızılı saç rənginə qayıdıb. O, həmçinin çəhrayı pomada ilə makiyaj edib. Kadrdakı aktrisa çəhrayı haşiyəli mavi kimonoda görüntülənib.
Qeyd edək ki, Lohan bir neçə ildir sarışın idi.
Aktrisa maliyyəçi Bader Şammas ilə birlikdə oğlan övladı böyüdür. Cütlüyün münasibətləri 2019-cu ildə başlayıb. İki il sonra biznesmen Lohana evlilik təklifi edib, o da buna razılıq verərək sosial şəbəkələrdə nişanlandıqlarını elan edib. 2022-ci ildə isə cütlük ailə həyatı qurub.
2023-cü ilin martında aktrisanın hamiləliyi ilə bağlı yayılan şayiələri o, sonradan təsdiqləyib. Cütlüyün ilk övladı 16 iyul 2023-cü ildə dünyaya gəlib. Valideynlər oğlana ərəbcə "müdafiəçi" mənasını verən Luay adını qoyublar. Lohan hələlik oğlunun üzünü gizlədir. Aktrisanın sözlərinə görə, onun üçün övladından daha əziz heç nə yoxdur və o, onu ictimaiyyətə göstərməyə hazır deyil.
Hüseyn İbadlı
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

























.jpg)













