Magazin2
Çılpaq fotoları ilə şantaj edilən məşhur: “Amansız ittihamlar məni məhv etdi” - FOTO
Kənardan baxdıqda kifayət qədər şanslı hesab ediləcək bir həyatı olmuşdu. Uşaq yaşlarında məşhurlaşmış, hazırda Hollivudun böyük ulduzları olan həmyaşıdları ilə birlikdə həmin dövrdə “Disney” layihələrində baş rollarda çəkilmiş və adını bütün dünyaya tanıtmışdı.
Lakin onun başına gələnlər əslində bu parlaq dünyanın heç də kənardan göründüyü kimi olmadığının sübutuna çevrildi.
Publika.az xəbər verir ki, “Disney”in keçmiş ulduzu Bella Torn çılpaq fotolarının yayılacağı ilə hədələnərək şantaja məruz qaldığı dəhşətli bir proses yaşayıb.
Üstəlik, başına gələnlər onun günahı olmadığı halda belə, amansız tənqidlərə məruz qalıb.
Məşhur ulduz bu amansız ittihamların onu “həqiqətən məhv etdiyini” deyərək, qatıldığı verilişdə yaşadıqlarını bütün səmimiyyəti ilə danışıb.
Bella Torn 2019-cu ildə bulud hesabını ələ keçirən hakerin çılpaq fotolarını yaymaq hədəsinə boyun əyməyərək, həmin fotoları şəxsən özünün “Twitter” (X) hesabında paylaşmış və bununla da şantajçını zərərsizləşdirmişdi.
Hadisə Federal Təhqiqatlar Bürosunun diqqətini cəlb etdikdən sonra işə müdaxilə edən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə də əməkdaşlıq edən Bella Torn həmin günlərdə dünya şou-biznes gündəminə çevrilən bu cəsarətli addımı ilə kibertəhdid yolu ilə şantaja qarşı mübarizənin simvoluna çevrilmişdi.
Hüseyn İbadlı
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

























.jpg)













