Magazin2
Yunanıstanda hamını çaşdıran görüntü: Seda Sayana zənn etdilər, görün kim çıxdı - FOTO
Yunanıstanın Samos adasında kosmetika mağazasının vitrinindəki reklam afişəsi türkiyəli turistin diqqətini çəkib. Afişadakı qadının müğənni və aparıcı Seda Sayana bənzəməsi sosial mediada viral olub.
Publika.az xəbər verir ki, adada istirahət edən türk turist vitrin qarşısında gördüyü görüntünü telefonla çəkərək Seda Sayana səslənib:
“Seda abla, Yunanıstandayıq. Samos adasında bir yerə gəlmişik. Vitrində səni gördüm zənn etdim. Səni də oğurlayıblar, abla!”
Videoda afişadakı şəxsin Seda Sayana nə qədər bənzədiyini vurğulayan turistin sözləri sosial şəbəkə istifadəçilərini güldürüb.
Sonradan afişadakı şəxsin Yunanıstanın məşhur aktrisa və aparıcısı Katerina Kainourgiou olduğu məlum olub. Reklamın isə onun əməkdaşlıq etdiyi kosmetika brendinə aid olduğu bildirilib.
Diqqətçəkən məqam Kainourgiounun üz cizgiləri ilə yanaşı, pozasının da Seda Sayanın məşhur duruşuna bənzəməsi olub.
Viral videoya Seda Sayan da münasibət bildirib. O, paylaşımın altına “Aaa, haradır ora?” şərhini yazıb.
Sosial şəbəkə istifadəçiləri isə hadisə ilə bağlı müxtəlif yumoristik şərhlər yazıblar.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

























.jpg)













