Magazin2
Boşanmağa hazırlaşan aparıcının həyat yoldaşı vəfat etdi - Foto
Türkiyəli xəbər aparıcısı Erhan Çelikin boşanma ərəfəsində olduğu həyat yoldaşı, həkim Özlem Gültekin dünyasını dəyişib.
Publika.az xəbər verir ki, Gültekin İzmirdəki özəl klinikasında olarkən qəfil səhhəti pisləşib. Yanındakı həmkarları ona ilkin tibbi yardım göstərsələr də, bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Həkimin ağır infarkt keçirərək öldüyü bildirilib. Onun vəfatı barədə sahibi olduğu klinikanın sosial media hesabında da məlumat açıqlanıb.
Qeyd edək ki, Erhan Çelik və Özlem Gültekin 2019-cu ildə ailə qurublar. Cütlüyün 2020-ci ildə Ali Boran adlı oğlu dünyaya gəlib. Bir müddət öncə tərəflərin qarşılıqlı şəkildə məhkəmədə boşanma iddiası qaldırdığı barədə məlumatlar yayılmışdı.
Ləman
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir



















.jpg)





.jpg)













