Magazin2
Ronaldo ilə Corcinanın nikah müqaviləsinin fotosu yayıldı
Dünyaşöhrətli futbolçu Kriştiano Ronaldo və onun həyat yoldaşı Corcina Rodriges nikah müqaviləsi imzalayıblar.
Publika.az xəbər verir ki, sənədin fotosu sosial şəbəkələrdə yayılıb.
Sənəddə nəzərdə tutulur ki, hər bir tərəf nikahdan əvvəl sahib olduğu, eləcə də sonradan əldə etdiyi aktivlər üzərində mülkiyyət hüququnu qoruyub saxlayır. Bununla belə, əgər onlar hər hansı əşyanı birgə əldə etsələr, hər iki tərəf mülkiyyət hüququna malik olur. Boşanma halında isə aktivlərin bölgüsü həyata keçirilir.
Xatırladaq ki, avqustun 11-də Portuqaliyanın Kaşkayş şəhərində 41 yaşlı Ronaldo və 32 yaşlı Rodrigesin nikah mərasimi keçirilib.
Qeyd edək ki, Ronaldo və Rodriges 2017-ci ildən münasibətdədir. Cütlük həmin ilin əvvəlində münasibətlərini ictimaiyyətə açıqlayıb.
Cütlüyün beş övladı var. Onların birlikdə Alana və Bella adlı iki qızı, surroqat anadan isə Ronaldonun Kristiano Jr. adlı oğlu və Eva Maria ilə Mateo adlı əkizləri var.
Cütlük 2022-ci ildə Bella ilə birlikdə dünyaya gələn əkiz oğulları Anxelini itirdiklərini açıqlamışdı. (Qafqazinfo)
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir



















.jpg)





.jpg)













