Magazin2
Tupak Şakurun qətlinin sirri 30 il sonra açılır - Məhkəmə başladı
ABŞ-nin Nevada ştatında məşhur amerikalı repçi Tupak Şakurun qətlini təşkil etməkdə ittiham olunan, “South Side Compton Crips” bandasının keçmiş lideri Dueyn Kit Devisin məhkəməsində ilk iclas keçirilib. Bu barədə “ABC News” məlumat yayıb.
Publika.az xəbər verir ki, məhkəmədə ittiham tərəfi Devisin birbaşa atəş açan şəxs olmadığını, lakin qardaşı oğlunun döyülməsinə görə qisas məqsədilə Tupaka qarşı silahlı hücumun təşkilində iştirak etdiyini bildirib. Devis isə ona qarşı irəli sürülən ittihamı qəbul etmir.
Məhkəmə prosesinin təxminən bir ay davam edəcəyi gözlənilir. Təqsiri sübuta yetiriləcəyi təqdirdə, 63 yaşlı Devis ömürlük həbs cəzası ilə üzləşə bilər.
Xatırladaq ki, 2023-cü ildə hüquq-mühafizə orqanları Devisin evində axtarış aparıb. Əməliyyat zamanı bir neçə kompüter, fotoşəkillərlə dolu qutular və Tupak Şakurla bağlı müxtəlif materiallar götürülüb. Devis həmin ilin sonunda saxlanılıb.
Həbsindən sonra keçmiş banda lideri Tupak Şakurun qətlinin sifarişçisinin prodüser və P. Diddy kimi tanınan Şon Kombs olduğunu iddia edib.
Hadisə 1996-cı il sentyabrın 7-də Las-Veqasda baş verib. Naməlum şəxslər Tupak Şakurun içində olduğu avtomobilə atəş açıblar. 25 yaşlı repçi aldığı güllə yaralarından sentyabrın 13-də dünyasını dəyişib.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

















.webp)





.jpg)













