Magazin2
Məşhur müğənni restoranda şok yaşadı: Hesabı ödətdirib qovdular - FOTO
Rusiyalı müğənni Anna Semenoviç İtaliyanın Venesiya şəhərində lüks hotellərdən birinin restoranından vaxtından əvvəl çıxarılıb.
Publika.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə yayımladığı videoda danışıb.
Semenoviç Venesiyada “Four Seasons” hotelində yerləşən “Terrazza Danieli” restoranında istirahət etdiyini bildirib. O, bahalı şərab və çoxsaylı yeməklər sifariş edib. Nəticədə hesabın təxminən 100 min rubl (təxminən 2 100 manat) olduğu qeyd edilib.
Müğənninin sözlərinə görə, saat 22:20-də restoran əməkdaşları ona hesabı gətirərək artıq getməli olduğunu bildiriblər. Daha sonra musiqi söndürülüb və işıqlar yandırılıb.
“Biz hesabı istəməmişdik. Dedilər ki, artıq insanlar gedir, sizin də vaxtınızdır. Hələ saat 23:00 belə olmamışdı”, - deyə Semenoviç bildirib.
Semenoviçin paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər restoranın iş saatlarına diqqət çəkərək onun saat 22:30-da bağlandığını xatırladıblar.
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
























.jpg)













