Magazin2
Şahzadə Harriyə və Elton Cona 1 həftə vaxt verildi - Sərvət ödəməlidirlər
Şahzadə Harri və daha altı tanınmış şəxs məxfiliklə bağlı məhkəmə işini uduzduqları üçün “Daily Mail” qəzetinin naşiri “Associated Newspapers Limited”ə (ANL) ilkin olaraq 9,54 milyon funt sterlinq məhkəmə xərci ödəməlidirlər.
Publika.az BBC-yə istinadən xəbər verir ki, ödəniş avqustun 28-dək edilməlidir. İddiaçıların son nəticədə ödəyəcəyi məhkəmə xərclərinin 25 milyon funt sterlinqədək artması mümkündür.
Harri, Elton Con və onun həyat yoldaşı Devid Ferniş, Saymon Hyuz, Seydi Frost, Elizabet Hörli və baronessa Dorin Lourens ANL-ni şəxsi məlumatları qanunsuz yollarla toplamaqda ittiham etmişdilər. Şirkət isə ittihamları qəti şəkildə rədd edir.
İyulun 7-də hakim Niklin iddiaları sübut edilmədiyi üçün iddiaçıların ANL-in məhkəmə xərcləri üçün ümumilikdə 34,5 milyon funt sterlinqədək ödəmə etməsinə dair qərar çıxarıb.
Harri və digər iddiaçıların qərardan apellyasiya şikayəti vermək üçün oktyabrın 2-dək vaxtı var.
Ləman
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
























.jpg)













