Magazin2
Heç nə üçün gec deyil: 88 yaşlı ulduz ilk albomunu təqdim etdi
Britaniyalı aktyor, ikiqat “Oskar” mükafatçısı Entoni Hopkins 88 yaşında ilk tamformatlı musiqi albomunu təqdim edib.
Publika.az xəbər verir ki, “Life Is a Dream” (“Həyat bir yuxudur”) adlanan albom avqustun 21-də “Decca Classics” tərəfindən yayımlanıb.
Alboma Hopkinsin 60 ildən artıq müddətdə bəstələdiyi 12 orkestr əsəri daxil edilib. Kompozisiyalar aktyorun uşaqlıq xatirələrindən, Uelsdəki həyatından, ailəsindən və şəxsi təcrübələrindən ilhamlanıb.
Hopkins albomun ərsəyə gəlməsi ilə bağlı deyib:
“Musiqi mənim ilk arzum, ilk istəyim olub. Mən bütün həyatım boyu musiqi bəstələmişəm. Bu əsərlərin bəziləri onilliklərdir ki, mənimlə yaşayır və mən hələ də onlara müraciət edirəm”.
Albomda “Philharmonia Orchestra”ya məşhur dirijor Qustavo Dudamel rəhbərlik edib.
Maraqlıdır ki, Hopkinsin musiqiyə marağı aktyorluqdan xeyli əvvəl başlayıb. O, uşaqlıqdan fortepiano ifa edir və musiqi onun həyatında uzun illər əsas maraqlarından biri olub. Albomdakı bəzi əsərləri isə aktyor onilliklər əvvəl yazıb. Məsələn, “Bracken Road” kompozisiyası onun 1940-cı illərdə Uelsdə keçirdiyi uşaqlıq illərindən ilhamlanıb.
Qeyd edək ki, Hopkins 1991-ci ildə “Quzuların səssizliyi” filmində Hannibal Lekter obrazı ilə “Oskar” mükafatına layiq görülüb. 2020-ci ildə isə "Ata" filmindəki güclü performansı ilə 83 yaşında ikinci "Oskar"ını alıb.
Ləman
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
























.jpg)













