Magazin2
“Mələk” nişan xəbərindən sonra bikinidə poza verdi - FOTO
“Victoria’s Secret” mələyi, model Alessandra Ambrosio çimərlik geyimində fotosessiyada çəkilib.
Publika.az xəbər verir ki, o, fotoları “Instagram”da paylaşıb.
44 yaşlı Alessandra Ambrosio narıncı rəngli, çox kiçik bikini və beli aşağı salınmış ağ cins şalvarda pozalar verib. Onun obrazını ağ çərçivəli gün eynəyi tamamlayıb. Model saçlarını açıq saxlayıb və makiyajdan istifadə etməyib.
Avqustun 12-də Alessandra Ambrosio sevgilisi Bak Palmerlə nişanlandığını açıqlayıb. Bak Palmer İndoneziyada istirahət zamanı Alessandra Ambrosioya evlilik təklifi edib.
“Victoria’s Secret” mələyi biznesmen Ceymi Mazurla evli olub. Onlar 2018-ci ildə dost münasibətlərini qoruyaraq ayrılıblar. Keçmiş cütlüyün nikahından Anya Luiza adlı qızı və Noa Feniks adlı oğlu dünyaya gəlib. Model uşaqları ilə tez-tez dünyanın müxtəlif yerlərinə səyahət edir.
Model karyerasında supermodel kimi uğur qazanmasına Amerika alt paltarı brendi “Victoria’s Secret” ilə əməkdaşlığı sayəsində nail olub. Hazırda məşhur model “Next”, “Armani Exchange”, “Christian Dior” və “Ralph Lauren” kimi brendlərin simasıdır.
Hüseyn İbadlı
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?













.jpg)









.jpg)














