Magazin2
Braziliya gözəli hamiləlik səbəbindən tacını itirdi - FOTO
“Miss Supranational Braziliya” müsabiqəsinin qalibi və “Miss Supranational 2026” beynəlxalq gözəllik müsabiqəsinin üçüncüsü Lara Marina tacından məhrum edilib.
Publika.az xəbər verir ki, bu barədə “Metropoles” məlumat yayıb.
20 yaşlı modelin sözlərinə görə, o, hamiləlik səbəbindən titulundan məhrum edilib. Qız müsabiqədə iştirak etdikdən sonra ana olacağını öyrəndiyini bildirib.
“Bu mərhələni böyük sevgi, məsuliyyət və əminliklə qəbul edirəm ki, bu, bu ana qədər əldə etdiyim heç bir nailiyyətin üzərindən xətt çəkməyəcək. Həyatında yeni bir məna yarandığı üçün qadın xəyallar qurmaqdan və karyera qurmaqdan vaz keçməməlidir. Mən hələ də arzuları, planları və inkişaf etmək istəyi olan Larayam. İndi isə sadəcə hekayəmin yeni fəslinə başlayıram”, — deyə o əlavə edib.
Müsabiqənin təşkilat komitəsi Lara Marinanın tədbirin qaydaları və onunla bağlanmış müqavilə üzrə aparılan daxili yoxlamadan sonra tituldan məhrum edildiyini açıqlayıb.
“Qərar titulun qorunması ilə bir araya sığmayan müqavilə öhdəliklərinin pozulması ilə əlaqədardır və müsabiqənin keçirilməsi qaydalarına, eləcə də tətbiq olunan hüquqi normalara ciddi şəkildə uyğun olaraq qəbul edilib”, — təşkilat komitəsindən bildirilib.
Məlumdur ki, 2026-cı ilədək müsabiqədə subay anaların və boşanmış modellərin iştirakına icazə verilib. Bununla yanaşı, evli braziliyalı qadınların müsabiqədə iştirakı qadağandır.
Hüseyn İbadlı
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?












.jpg)










.jpg)














