Magazin2
Məşhur aktyor ticarət mərkəzində döyüldü
Sinqapurda ticarət mərkəzində məşhur aktyoru döyən şəxsə hökm oxunub.
Publika.az xəbər verir ki, bu barədə “Mothership” nəşri yazır.
64 yaşlı Huan İlyan 20 ildən artıq müddətdə kino və teleseriallarda çəkilib. O, ölkədə çox məşhur olub, üç dəfə “Ən yaxşı ikinci dərəcəli aktyor” seçilib və nüfuzlu mükafatlara namizəd göstərilib. 2007-ci ildə o, aktyorluq karyerasını başa vurmaq qərarına gəlib və bizneslə məşğul olmağa başlayıb. Fevral ayında o, dəniz məhsullarından hazırlanan təamların satışı biznesinə başlayıb və “Circuit Road” iri ticarət mərkəzindəki köşkdə şəxsən ticarətlə məşğul olmağa başlayıb.
May ayında İlyan ilə qonşu köşkün qadın satıcısı arasında münaqişə baş verib. Mayın 10-da aktyor qadınla barışmaq qərarına gəlib, lakin qadının 60 yaşlı həyat yoldaşı ona hücum edərək arxadan qulaq nahiyəsinə zərbə endirib. İlyan yıxılıb, ilkin tibbi yardım göstərilməsi üçün o, xəstəxanaya aparılıb. O, iki gündən sonra işə qayıdıb.
Avqust ayında məhkəmə satıcının həyat yoldaşına bir il müddətinə şərti xəbərdarlıq hökmü çıxarıb. Bu o deməkdir ki, əgər həmin şəxs hüquqpozma törədərsə, o, həm yeni əməlinə görə, həm də İlyana hücum etdiyinə görə sağlamlığa zərər vurma və təqib maddələri üzrə mühakimə olunacaq.
Hüseyn İbadlı
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?













.jpg)









.jpg)














