Magazin2
90-cı illərin məşhur supermodeli indi necə görünür? - FOTOLAR
1990-cı illərin ən məşhur supermodellərindən biri olan Klaudiya Şiffer 56 yaşını qeyd edib.
Publika.az xəbər verir ki, almaniyalı model ad günü münasibətilə sosial şəbəkə hesabında yeni fotolarını paylaşıb.
Şiffer fotolarda narıncı bikinidə hovuzda kamera qarşısına keçib. O, görünüşünü ağ çərçivəli eynək və ürək formalı qızılı boyunbağı ilə tamamlayıb.
Supermodel paylaşımına “Günəş ətrafında daha bir il üçün minnətdaram” sözlərini yazıb. Fotolarda onun illər keçməsinə baxmayaraq, formada qaldığı diqqət çəkib.
Qeyd edək ki, Klaudiya Şiffer 1990-cı illərdə dünyanın ən tanınmış modellərindən birinə çevrilib. O, xüsusilə “Chanel” moda evi ilə əməkdaşlığı və Fransız moda dizayneri, fotoqraf və "Chanel" və "Fendi" kimi qlobal moda evlərinin əfsanəvi rəssamı Karl Lagerfeldin ilham mənbələrindən biri olması ilə məşhurlaşıb. Şiffer karyerası ərzində çoxsaylı nüfuzlu moda jurnallarının üz qabığında yer alıb.
Model 2002-ci ildə britaniyalı kinorejissor və prodüser Metyu Vonla ailə qurub. Cütlüyün üç övladı var.
Şiffer yaşlanmaqla bağlı daha əvvəl verdiyi müsahibələrdən birində bildirib ki, yaşın artmasını təbii qəbul edir və özünü daha gənc göstərməyə çalışmır. Onun sözlərinə görə, insan xoşbəxt və sağlamdırsa, qalan məsələlər ikinci dərəcəlidir.
Müəllif: Adəm
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?













.jpg)









.jpg)














