Magazin2
“Möcüzə qadın” süni intellektə görə ayağa qalxdı - “Qatar artıq gedib”
“Möcüzə qadın” filminin ulduzu Qal Qadot yeni çəkiləcəyi “Bitcoin” filmində süni intellektdən (Sİ) istifadə olunmasını müdafiə edib.
Publika.az xəbər verir ki, aktrisa müasir texnologiyalar haqqında “Happy Sad Confused” podkastında danışıb.
Aktrisa Duq Laymanın dekorasiya və işıqlandırmanın yaradılmasında süni intellektdən istifadə olunan yeni qalmaqallı filmində Keysi Afflek və Pit Devidsonla birlikdə çəkilib.
Qadotun sözlərinə görə, o, texnologiyaların onun işinə təsir etməyəcəyinə əmin olmaq üçün uzun müddət öz hüquqşünasları ilə birgə işləyib.
“Hüquqşünaslarıma süni intellektlə bağlı bütün mümkün ssenariləri işləyib hazırlamaq üçün altı ay vaxt lazım oldu. Mən süni intellektin işimə hər hansı şəkildə təsir etməsini qətiyyən istəmirdim. Biz özümüzü elə müdafiə etdik ki, Gildiya hüquqşünaslarıma zəng edərək digər aktyorları da qorumaq üçün tövsiyələr vermələrini xahiş etdi”, - deyə o xatırlayıb.
İsrailli aktrisa onun aktyor oyununun süni intellekt vasitəsilə düzəldilməyəcəyinə əmin olub və yeni reallıqda yaşamağı öyrənməyə çağırıb.
“Mən süni intellektdən qorxuram, lakin ondan qorxub üz döndərəcəmmi? Xeyr. Qorxsam da, onunla qarşılıqlı təmasda oluram, onu öyrənirəm və onun köməyi ilə özümü maarifləndirməyə çalışıram. Hesab edirəm ki, qatar (süni intellektdən istifadə ilə bağlı vəziyyətin dəyişməsi qatarı) artıq gedib. Ona görə də bundan maksimum fayda götürməyə və gücüm çatan hər şeyi qorumağa çalışıram”, - deyə o bildirib.
Qal Qadot, həmçinin süni intelleklə işləməyin müsbət tərəflərini də tapıb.
“Biz fasiləsiz çəkirdik, çünki işıqlandırmanın tənzimlənməsini gözləməyə ehtiyac yox idi, 10 saat ardıcıl olaraq çəkiliş aparırdıq. Bu, möhtəşəm idi”, - deyə o fikrini tamamlayıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü


















.jpg)
.jpg)



.jpg)















