Magazin2
35 il saxlanılan sirr - Məşhur müğənnin külü hara səpilib?
Freddi Merkurinin rəfiqəsi Meri Ostin bildirib ki, artıq 35 ildir müğənninin külünün harada səpildiyini sirr olaraq saxlayır.
Publika.az xəbər verir ki, o, bu barədə “The Guardian” nəşrinə danışıb.
Ostin izah edib ki, bu, Merkurinin özünün şəxsi xahişi olub. Sənətçi bu məkan barədə hətta ailəsinin də xəbərdar olmamasını istəyib.
“Düşünürəm ki, əgər Freddinin valideynlərinin, Freddinin bacısının yerində olsaydım və onun külünün harada səpildiyini öyrənməyə mənə icazə verilməsəydi, mən də kədərlənər və incəyərdim. Lakin bu, onun məndən yerinə yetirməyimi xahiş etdiyi bir tapşırıq idi. Və mən bunu yerinə yetirdim. Mən onlara hər zaman təkrar edirdim: "Çox, çox təəssüf edirəm, lakin sizə deyə bilmərəm", — deyə sənətçinin rəfiqəsi bölüşüb.
Ostin bildirib ki, sonradan müğənninin anası bu faktla barışıb.
Freddi Merkuri 1991-ci il noyabrın 24-də QİÇS fonunda inkişaf edən bronxopnevmoniyadan vəfat edib. Bir müddət sənətçinin külü sərvətinin böyük hissəsini və Kensinqtondakı evini vəsiyyət etdiyi Meri Ostində saxlanılıb. Müğənni rəfiqəsindən külünün harada saxlanacağını özünün seçməsini xahiş edib. Sənətçi pərəstişkarlarının qəbri qazıb onun qalıqlarını oğurlaya biləcəyindən ehtiyat edirdi.
Hüseyn İbadlı
-
Sosial22:00Röya Ayxanın eks-qayınatası 9 il sonra azadlıqda - FOTO
-
Magazin221:36Ancelina Coli Ukraynanın bu şəhərində qəlyanaltı etdi
-
Magazin221:2435 il saxlanılan sirr - Məşhur müğənnin külü hara səpilib?
-
İqtisadi gündəm20:48Qızıl kəskin ucuzlaşdı
-
Magazin120:36Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı - VİDEO
-
Sosial20:24Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır
-
Sosial19:48Bağçada yayılan iddialar haqda AÇIQLAMA
-
Dünya19:12Görünməmiş qar yağışı güclü teleskopları iflic etdi










.png)







.jpg)





.jpg)









