Magazin2
Ərinin başqa qadınlara aldığı əşyaların qəbzindən özünə don tikdirdi - Foto
İngilis müğənni Lili Allen keçmiş həyat yoldaşı, aktyor Devid Harbordan ayrılığını xatırladan "qəbz geyimi" ilə səhnəyə çıxaraq gündəmə gəlib.
Publika.az xəbər verir ki, Allen Şotlandiyanın Qlazqo şəhərindəki "Royal Concert Hall"da təşkil olunan "West End Girl" turu çərçivəsində "4Chan Stan" mahnısını oxuyarkən bədəninə uzun yaşıl parça dolamış vəziyyətdə səhnəyə daxil olub.
Bu parçanın üzərində mahnının əl yazısı ilə yazılmış sözlərilə yanaşı, "Chanel", ABŞ-nin lüks mağazalar şəbəkəsi "Bergdorf Goodman", "Nobu" yapon restoranı və spirtli içki mağazalarına aid qəbz təsvirləri böyük formada çap olunub.
Geyim adi bir libasdan ziyadə, bir çox xərc qeydlərinin ard-arda birləşdirildiyi uzun parçadan ibarət olub. Allen mahnını oxuyarkən parçanı yavaş-yavaş açaraq performans nümayiş etdirib.
Səhnə geyiminin stilist Mel Ottenberq və şounun prodüser komandası tərəfindən albomun hekayəsini vizual olaraq çatdırmaq məqsədilə hazırlandığı bildirilib.
"4Chan Stan" adlı mahnıda hekayəçi yoldaşının siyirməsində lüks mağazaya aid qəbzlər tapır və özü evdə yoxkən həyat yoldaşının başqa bir qadına baha qiymətə çanta aldığından şübhələnir.
Xarici media qurumları geyimdəki qəbzlərin Devid Harborun başqa qadınlar üçün etdiyi xərcləri simvolizə etdiyini bildiriblər. Lakin geyimdəki sənədlərin real qəbzlər olub-olmadığı və həmin alış-verişlərin həqiqətən Harbor tərəfindən edildiyi rəsmi olaraq təsdiqlənməyib.
Allen və Harbor 2020-ci ildə ailə həyatı qurub, 2025-ci ildə isə ayrıldıqlarını açıqlayıblar. Lili Allenin "West End Girl" albomu cütlüyün münasibətinin sona çatması prosesini əks etdirən hekayə kimi qiymətləndirilir. Lakin albomdakı bütün sözlərin həqiqi yaşantılara əsaslandığı dəqiq şəkildə açıqlanmayıb. (Musavat.com)
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü


















.jpg)
.jpg)



.jpg)















