Magazin2
"Tombalaçı Mehmet"in malikanəsi satışa çıxarıldı: Qiyməti dodaq uçuqlatdı
Türkiyə televiziya tarixinin unudulmaz ekran işləri arasında yer alan "Kurtlar Vadisi" serialında Tombalaçı Mehmetin malikanəsi kimi istifadə olunan İstanbuldakı lüks villa satışa çıxarılıb.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, illər sonra yenidən gündəmə gələn tikili üçün 384 milyon TL qiymət müəyyən edilib.
Villa "Kurtlar Vadisi"ndə Haldun Boysanın canlandırdığı Tombalaçı Mehmet obrazının malikanəsi kimi istifadə olunub. Serialın diqqət çəkən səhnələrindən bəziləri bu tikilidə çəkilərkən, villa xüsusilə "Kurtlar Vadisi"nin ilk dövrlərini xatırlayan izləyicilərin hafizəsində yer alıb.
Eyni villa daha sonrakı illərdə "Poyraz Karayel" serialının da çəkiliş məkanlarından biri olub. Tikili bu dəfə Musa Uzunların canlandırdığı Bahri Umman, digər adı ilə Bahri Babanın evi kimi ekranlara gəlib.
Bununla da Türkiyə televiziyasının iki fenomen serialında fərqli obrazların malikanəsi kimi istifadə olunan İstanbuldakı villa, illər sonra 384 milyon TL-lik satış qiyməti ilə yeni sahibini gözləyir.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR







.jpg)
.jpg)






























