Magazin2
“Survivor”dakı dəhşətli hadisənin pərdəarxası - İştirakçı Acundan 100 milyon dollar istəyir
“Survivor Yunanıstan” yarışmasının iştirakçısı Stavros Floros Dominikan Respublikasında qayıq qəzası nəticəsində sol ayağını itirdikdən sonra Acun Ilıcalı və onun şirkəti “AcunMedya”, eləcə də, yayımçı SKAI TV-yə qarşı 100 milyon dollardan çox təzminat iddiası qaldırıb.
Publika.az xəbər verir ki, “Survivor Yunanıstan”ın 13-cü mövsümündə iştirak edən 22 yaşlı Florosun sözlərinə görə, qəza Dominikan Respublikasının Bayahibe bölgəsi yaxınlığında açıq dənizdə balıq ovu zamanı qeydə alınıb.
O, tur qayığının pərvanəsinə ilişərək ağır xəsarət alıb və sol ayağını itirib.
Floros qaldırdığı iddiada proqramın prodüserlərini kobud səhlənkarlıqda ittiham edib.
İştirakçı yarışma formatının açıq dənizdə balıq ovunu tələb etdiyini, lakin turistlərin çox olduğu sularda lazımi təhlükəsizlik tədbirləri görülmədən dənizə göndərildiyini iddia edib.
Onun iddiasına görə, hadisə zamanı ərazidə təhlükəsizlik qayıqları, müşahidə məntəqələri, qorunan sahələr və xəbərdarlıq nişanları olmayıb. Floros həmçinin həmin sularda daha əvvəl də qəzaların baş verdiyini və ölüm hadisəsinin qeydə alındığını bildirib.
May ayında baş verdiyi bildirilən qəza zamanı Florosun sol ayağı qayığın pərvanəsinin zərbəsi nəticəsində kəsilib. Onun sözlərinə görə, əza sudan çıxarılmayıb.
Floros qanaxmanın qarşısının alınmasına qayıqdakı başqa bir sərnişinin tətbiq etdiyi turniket sayəsində nail olunduğunu bildirib. Daha sonra o, təcili tibbi yardım üçün Mayamidəki xəstəxanaya aparılıb.
İki ay xəstəxanada müalicə alan Floros sol ayağının amputasiyası ilə yanaşı, ağır xəsarət alan sağ ayağının bərpası üçün də çoxsaylı əməliyyatlar keçirib.
İddiada tələb olunan 100 milyon dollardan artıq təzminatın fiziki ağrı, psixoloji travma və həyat keyfiyyətinin itirilməsi də daxil olmaqla müxtəlif zərərləri əhatə etdiyi bildirilir.
İddiada adı çəkilən “AcunMedya” qəzanın çəkiliş zamanı, yarış iştirakçısının nizə ilə balıq tutduğu vaxt baş verdiyini, lakin hadisənin yarış prosesindən kənarda olduğunu bildirib.
Şirkət yaralı iştirakçıya dərhal tibbi yardım göstərildiyini və onun təhlükəsiz şəkildə xəstəxanaya çatdırıldığını açıqlayıb. Liman rəhbərliyinin isə qəzanın bütün hallarını müəyyənləşdirmək üçün araşdırma apardığı qeyd olunub.
Hadisədən sonra “Survivor Yunanıstan”ın yayımını dayandıran SKAI TV istehsal prosesinin tamamilə “AcunMedya”nın nəzarəti və məsuliyyəti altında olduğunu bildirib. Kanal Florosun sağlamlıq vəziyyətini yaxından izlədiyini, onun müalicəsi və reabilitasiyası üçün bütün mümkün dəstəyi göstərəcəyini açıqlayıb. (Qafqazinfo)
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü



















.jpg)















