Magazin2
“Sibel Can heç kimlə evlənməyəcək, çünki evlidir”
Türkiyəli aparıcı və müğənni Seren Serengil həmkarı Sibel Can haqqında diqqətçəkən paylaşım edib.
Publika.az xəbər verir ki, Serengil sənətçinin şəxsi həyatı ilə bağlı yayılan evlilik xəbərlərinə etiraz edib və onun rahat buraxılmasını istəyib.
“Bir az Sibel Canı rahat buraxaqmı? Altı ayda bir Sibel Canı evləndirir hamı. Yenə hər yerdə “Sibel evlənir” xəbərləri var. Mən heç bir sənətçi üçün öz səhifəmdə belə bir şərh yazmaram, amma artıq bu qıza haqsızlıq edildiyini düşünürəm” deyə, o bildirib.
Serengil Sibel Canın illərdir şəxsi həyatını mediadan uzaq tutduğunu vurğulayıb:
“Hamımız onun səsini, mahnılarını, duruşunu, mədəniyyətini, heç kimə cavab verməməsini izləmişik. Onu çox sevirəm. Öz başına illərlə mahnılarını oxudu, proqramını hazırladı, televiziyaya çıxdı, uşaqlarını böyütdü. Heç vaxt münasibətlərini, xüsusilə də uşaqları böyüdükdən sonra gözümüzə soxmadı. Heç bir qalmaqala qarışmadı, pis sözə cavab vermədi.
Aldadıldı, fəryad etmədi. Haqsızlıq gördü, şikayətlənmədi. Münasibət yaşadı, peşman olub-olmadığını belə bizə hiss etdirmədi. Xoşbəxtliyini gözümüzə soxmadı, sübut etməyə ehtiyac duymadı”.
Serengil sənətçinin görünüşü ilə bağlı edilən tənqidlərə də münasibət bildirib. O, Sibel Canın şəkər xəstəliyinin olduğunu və buna görə çəki alıb-verə bildiyini xatırladaraq, müğənninin xarici görünüşünün məsxərəyə qoyulmasını tənqid edib.
“Sanki dünyanın məşhur modelidir və kökəlib – bu nə qədər böyük günahdır ki, görüntüsü ilə belə lağ edildi. Yenə də heç nə demədi” deyə, Serengil yazıb.
Sibel Canın sənəti və xarakteri ilə hər kəsin həyatında xüsusi yer tutduğunu bildirən Serengil fikrini belə yekunlaşdırıb:
“Baxıram, hər yerdə onun evlənəcəyi yazılır. Sibel evlənməyəcək, məncə. Çünki Sibelın özünün kraliçası olduğu bir imperatorluğu var və onu özü idarə edir. Orada bir krala ehtiyacı yoxdur. Sevmək ayrıdır, o taxtı paylaşmaq ayrı… Mən deyim: O, heç kimlə evlənməyəcək. O, bizimlə evlidir”. (Axşam.az)
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü



















.jpg)















